MTRŞ İTV-ni məhkəmədə uddu - 100 minlik iddia

MTRŞ İTV-ni məhkəmədə uddu - 100 minlik iddia
  07 Oktyabr 2015    Oxunub:2296
Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətini məhkəməyə verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, MTRŞ “İTV”də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filminə ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə şuranın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan İTV isə apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, İTV "Qarabağnamə"çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığına görə şura məhkəməyə müraciət edib.

2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalamışdı.

Həmin vaxt “Qarabağnamə” serialının çəkilişinə 100 min manat vəsaitin sərf olunacağı bildirilirdi.


Teqlər:





Xəbər lenti