Abel Məhərrəmov pula görə şikayətləndi

Abel Məhərrəmov pula görə şikayətləndi
  07 Oktyabr 2015    Oxunub:2741
“Alimlərin, elm adamlarının elmi nəticələrinin istehsalata yönləndirilməsinə çalışmalıyıq”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Abel Məhərrəmov Milli Məclisdə “Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında” qanunun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat elmə ayrılan vəsaitdən elmlər doktorlarının böyük bir qisminin yararlana bilməməsindən şikayətlənib.

“Azərbaycanda fəlsəfə doktorlarını-elmlər namizədlərini nəzərə almasaq, 1800 nəfər elm doktorları var. Onların 1200-ü ali məktəblərdə, qalan 600-ü isə Milli Elmlər Akademiyasında və digər elmi-tədqiqat institutlarında çalışırlar. Amma çox təəsssüflər olsun ki, büdcədə elmə ayrılan vəsaitdən ali məktəblərdə çalışan elmlər doktorları yararlana bilmirlər. Yalnız Milli Elmlər Akademiyasında çalışanlar həmin vəsaitdən yararlana bilirlər.

Bəs bu insanlar nə etsinlər? Ona görə hesab edirəm ki, büdcədən elmə ayrılan vəsaitdə bu məsələ dəqiq göstərilməli, həmin vəsaitdən ali məktəblərdə çalışan elmlər doktorlarının da yararlana bilməsi nəzərdə tutulmalıdır”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti