Bakıda metronu su basdı? - Açıqlama

Bakıda metronu su basdı? - Açıqlama
  07 Oktyabr 2015    Oxunub:5022
Sosial şəbəkələrdə metronun `Elmlər Akademiyası` stansiyasını su basması ilə bağlı məlumatlar yayılıb.
Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az bu barədə açıqlama verərək deyilənlərin doğru olmadığını bildirib.

Qurum rəsmisi qeyd edib ki, həmin stansiyada eskalatorların üzərində su sızıntısı olub, ümumilikdə stansiyanı su basmayıb: `Hadisəyə səbəb binada su borusunun partlamasıdır. Binaya suyun verilməsi müvəqqəti olaraq dayandırılıb və problemin aradan qaldırılması istiqamətində iş gedir`.

N. Paşayev əlavə edib ki, baş verən hadisə sərnişinlərin gediş-gəlişinə heç bir problem yaratmayıb.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti