Başı bədənindən ayrılan körpə sağ qaldı

Başı bədənindən ayrılan körpə sağ qaldı
  07 Oktyabr 2015    Oxunub:3485
Avstraliya həkimləri səhiyyə sahəsində yeniliyə imza atıblar.
AzVision.az xəbər verir ki, həkimlər yol qəzasında onurğa sütununun ciddi zədələnməsi nəticəsində başı bədənindən ayrılan Cekson Teyler adlı 16 aylıq körpəni xilas ediblər. Onun üzərində altı saat əməliyyat keçirilib.

Həkimlər vəd verir ki, 16 aylıq körpə tam sağaldıqdan sonra normal inkişaf edəcək. Onun bir neçə həftədən sonra evə buraxılacağı deyilir.


Teqlər:





Xəbər lenti