Şad Xəbər: 22 min müəllimin maaşı artacaq

Şad Xəbər: 22 min müəllimin maaşı artacaq
  07 Oktyabr 2015    Oxunub:3766
Gələn il orta ümumtəhsil məktəblərinin 22 min müəlliminin maaşı artırılacaq.

AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Komitə sədri bildirib ki, növbəti il Azərbaycanın 12 regionunda müəllimlərin attestasiya mərkəzi yaradılacaq və 22 min müəllimin maaşı artırılacaq: “22 min müəllimin maaşının artırılması üçün 50 milyon vəsait nəzərdə tutulub. Sosial sahələrlə bağlı rəqəmlər azaldılmayıb. Bu da bizim büdcəmizin ümumiyyətlə sosialyönümlü olmasına dəlalət edir”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti