Namizədlərin sayı 1190-a çatdı

Namizədlərin sayı 1190-a çatdı
  07 Oktyabr 2015    Oxunub:1826
Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1 190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
AzVision.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, qeydə alınan namizədlərin 263-nü siyasi partiyalar, 15-ni "Azadlıq-2015" seçki bloku, 2-ni təşəbbüs qrupları irəli sürüb. 910 namizəd isə öz təşəbbüsü ilə seçkiyə qatılıb.

İclasda, həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin biri üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.


Teqlər:  



Xəbər lenti