Komitə Məhərrəmliyə hazırlaşır
Müşavirədə Məhərrəm ayının başlanması münasibətilə qəbul edilən tədbirlər planı haqqında Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov ətraflı məlumat verərək bildirib ki, qəbul edilən plana görə Dövlət Komitəsi öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Buraya maarifçilik işlərinin aparılması, sosial yönümlü tədbirlərin keçirilməsi, monitorinqlər və s. daxildir. Eyni zamanda Dövlət Komitəsi QMİ-nin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına da dəstək verəcək.
Müşavirədə bölgə şöbə müdirlərinin aylıq hesabatları dinlənilib, dini icmaların maarifləndirmə məqsədilə həyata keçirilən layihələrinin davam etdirilməsi, yeni icmaların yaradılması, məscid və icmaların qeydiyyatı məsələləri müzakirə olunub.
AzVision.az