İpoteka üçün ayrılan 200 milyondan nə xəbər?
Bu barədə AzVision.az-a açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu barədə ölkə başçısı tərəfindən tapşırıq var və biz də öz növbəmizdə müvafiq təkliflərimizi vermişik: “Bu təkliflər qəbul edilən kimi məsələ öz həllini tapacaq”.
Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib ki, dövlət büdcəsindən Azərbaycanın İpoteka Fonduna əlavə 200 milyon manat pul ayrılacaq. Həmin iclasda ölkə başçısı sözügedən məsələ ilə bağlı bunları deyib:
“Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib”.
Anar Kəlbiyev