40 YAP-çı namizədliyini geri götürdü - Eksklüziv
Bunu AzVision.az-a açıqlamasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
Partiya rəsmisi YAP-ın icazəsi olmadan namizədliyini irəli sürən şəxslərin statistikasını da açıqlayıb: “Partiyanın üzvü olan 53 nəfər öz təşəbbüsü ilə bu seçkilərdə deputatlığa namizədliyini irəli sürüb. Hansı ki, həmin dairələrdən YAP öz namizədini irəli sürmüşdü. YAP-ın icazəsi olmadan namizədliyini verən partiya üzvlərinin 40 nəfəri artıq namizədliyini geri götürüb. Digər 13 nəfərin isə qarşıdakı mərhələdə hansı addımı atacağını görəcəyik”.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


