52953 vergi ödəyicisi qanunu pozub
Araşdırma zamanı 9397 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 2338 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 6893 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu aşkar edilib.
2524 vergi ödəyicisi tərəfindən 4202 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb olunduğu, 2539 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 1110 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu müəyyən edilmişdir.
Aşkar olunmuş nöqsanlarla bağlı müvafiq tədbirlər həyata keçirilib.
Gültəkin Ələsgər
Teqlər: