`Böyük uğurlar əldə etmişik` - Prezident sədrlə görüşdü
Xoş sözlərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrdə böyük uğurlar əldə olunduğunu vurğulayaraq Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının önəmini qeyd etdi. 2006-cı ildən böyük həcmdə neft istehsalına başlanıldığını deyən Prezident İlham Əliyev yüksək neft qiymətlərinin ölkəmizdə iqtisadi inkişafın şaxələndirilməsi üçün baza yaradılmasına, sosial sahədə layihələrin icra edilməsinə, infrastrukturun qurulmasına və abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə yaxşı imkanlar yaratdığını bildirdi.
Hazırkı dövrdə neftin qiymətinin aşağı olmasına toxunan dövlətimizin başçısı bununla bağlı ölkəmizin gəlirlərinin azalmasına baxmayaraq, ümumi daxili məhsulda qeyri-neft sektorunun payının 70 faizə yaxın olduğunu və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük uğurların əldə edildiyini dedi.
Görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə iştirakının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.







Vaxtında, Aydın, Lazımlı!


