SOCAR büdcəyə ödənişləri azaldıb
AzVision.az şirkətin saytına istinadən məlumat verir ki, ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 135 milyon 245 min manat (ötən ilin analoji dövrü ilə müqayisədə 19,65 faiz az) vəsait ödənilib.
Bundan əlavə, cari ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 788 min manat vəsait köçürüb. Bu göstərici 2014-cü ilin sentyabr ayı ilə müqayisədə 144 min manat və ya 101,2 faiz çox olub.
Ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 104 milyon 223 min manat təşkil edib.
AzVision.az