Blatter və Platini niyə qovuldu?
Bu addım təşkilatın rəhbərliyinə qarşı FİFA-nın apardığı təhqiqatla bağlı atılıb.
Ötən ayın axırlarında İsveçrə prokurorluğu futbol üzrə kubokların birinin televiziya yayım hüququnun satılması ilə əlaqədar Zepp Blatterə qarşı cinayət işi başlayıb. İsveçrəli müstəntiqlər 2011-ci ildə Blatterin 2 milyon İsveçrə frankını indiyə qədər cinayət işində müttəhim qismində deyil, şahid qismində iştirak edən Mişel Platiniyə verdiyini iddia edirlər.
UEFA prezidenti bu pulu müqaviləyə və gördüyü işə görə qanuni əsasda aldığını bildirir.
Teqlər: