Təşviqat başladı: 1 saniyəsi 20 manat...

Təşviqat başladı: 1 saniyəsi 20 manat...
  09 Oktyabr 2015    Oxunub:3152
Bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi qeydə alınanların seçkiqabağı təşviqatına start verilib.

AzVision.az-ın məlumatına görə, V çağırış Azərbaycan Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış - 9 oktyabrda başlanır və səsvermənin başlanmasına 24 saat qalmış - 31 oktyabr saat 08:00-da dayandırılır.

Qeyd edək ki, indiyədək 1 233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Xatırladaq ki, İctimai Televiziya və Radio Yayım Şirkəti namizədlərin təşviqat kampaniyasında ödənişli KİV-lər siyahısına qoşulub. Namizədlərin çıxışı efir vaxtına görə 1 saniyəsi 20 və 50 manat arasındadır. İTV-dən başqa heç bir televiziya, seçkiqabağı təşviqat kampaniyasına qoşulmayıb.

Elvin Abdulqədirov


Teqlər:



Xəbər lenti