Deputatın işdən çıxarılan oğluna vəzifə verildi

Deputatın işdən çıxarılan oğluna vəzifə verildi
  09 Oktyabr 2015    Oxunub:3367
Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.
AzVision.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, Fərid Mirələmov DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, F.Mirələmov deputat Hüseynbala Mirələmovun oğludur.

Onu da xatırladaq ki, 2012-ci ildə H.Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov “Min bir gecə” istirahət mərkəzində adam güllələyib. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov da hadisə yerində olub. Hadisədən sonra R.Mirələmov tutulub, F.Mirələmov isə işdən azad edilmişdi.


Teqlər:  





Xəbər lenti