Yoxa çıxan əsgərin meyiti tapıldı

Yoxa çıxan əsgərin meyiti tapıldı
  10 Oktyabr 2015    Oxunub:2974
Oktyabrın 6-da hərbi qulluqçu əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər M.Əlizadənin meyiti aşkar edilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, əsgər Əliyev Murad Əlizadə oğlunun bir həftədən çoxdur hərbi hissəni tərk etməsi ilə bağlı mətbuatda məlumatlar yayılmışdı.

AzVision.az


Teqlər:  



Xəbər lenti