`Bəzi deputatların görmədiyi işləri görürəm` - İlhamə Quliyeva

`Bəzi deputatların görmədiyi işləri görürəm` - İlhamə Quliyeva
  10 Oktyabr 2015    Oxunub:2593
“Gələcəkdə millət vəkili olmaq fikrim yoxdur. 10 il əvvəl bu addımı atmışam və o zaman haqqıma girdilər. Ona görə cəzalarını çəkdilər və çəkirlər”.
AzVision.az xəbər veri ki, bu sözləri Teleqraf.com-a xalq artisti İlhamə Quliyeva bildirib. Xalq artistinin sözlərinə görə, millət vəkilliyinə namizədliyini verməsi üçün iki dəfə təklif alıb, amma razı olmayıb: “Bir dəfə addım atıram. Bəzi millət vəkillərinin görmədiyi işləri görürəm. Mən millət vəkili səviyyəsindəyəm. Xalqımızın bütün problemləri ilə, vətənimlə, dövlətimlə bağlı hər iş görürəm. Xeyriyyə işləri ilə məşğulam, səhhətində problem olan insanlara yardım edirəm. Türkiyədə, Almaniyada əməliyyatlar etdirirəm. Kimsəsiz uşaqlar üçün sığınacağın idarə heyətinin üzvüyəm. O uşaqlara yardım edirəm. Ona görə də Allah hər şeyi ürəyimə görə verir. Mənim qəlbim çox zərifdir, kövrəkdir”.


Teqlər:





Xəbər lenti