Millimiz Bakıda İtaliyaya uduzdu - Yenilənib

Millimiz Bakıda İtaliyaya uduzdu - Yenilənib
  11 Oktyabr 2015    Oxunub:3043
Bakı Olimpiya Stadionunda keçirilən görüşdə İtaliya millisi 3:1 hesabı ilə qalib gələrək 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatına vəsiqəni rəsmiləşdirib. Hesabında 6 xal olan Azərbaycan yığmasının qrupdakı mövqeyi dəyişməyib.

***

Oyunun 65-ci dəqiqəsində Matteo Darnianın vurduğu 3-cü qol İtaliya millisinə Azərbaycan yığması ilə səfərdə oyunu 3:1 hesabı ilə başa çatdırmağa imkan verdi.

***

Matçın 67-ci dəqiqəsində Matteu Darmian millimizin qapısına qol vuraraq hesabı açıb, 3:1

***

İtaliya millisinin hücumçusu Əl-Şəravi vurduğu qolla komandasını irəli çıxardı - 2:1

***

Azərbaycan millisi hesabı bərabərləşdirdi. Dmitri Nazarov 31-ci dəqiqədə Azərbaycan millisinin ilk qolunu vurdu.

***

İtaliya millisinin Braziliya əsilli hücumçusu Eder Bakı Olimpiya Stadionunda Azərbaycan millisinin qapısına yol tapdı. 11-ci dəqiqədə italyanlar 1:0 irəli çıxdı.

***
AÇ-2016-nın seçmə mərhələsində 9-cu turun oyunları davam edir.

AzVision.az xəbər verir ki, Azərbaycan millisi də bu gün növbəti matçına çıxacaq.

H qrupunda yer alan Robert Prosineçkinin yetirmələri evdə döyüşə atılacaq. Yığmamızın bu dəfəki rəqibi məşhur İtaliya millisidi.

İlk matçda bu rəqibinə 1:2 hesabı ilə uduzan seçməmizin bu matçda nə edəcəyi maraqla gözlənilir. Komandamız ən azından 1 xal qazanaraq məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyir.


Teqlər:  





Xəbər lenti