İlham Əliyev kralı təbrik etdi

İlham Əliyev kralı təbrik etdi
  11 Oktyabr 2015    Oxunub:1662
Azərbaycan prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu ünvanlayıb.

AzVision.az xəbər verir ki, məktubda deyilir:

- Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.


Teqlər:



Xəbər lenti