Kirayə yaşadığı evi yardı

Kirayə yaşadığı evi yardı
  12 Oktyabr 2015    Oxunub:1568
Bakıda mənzildən oğurluq edən şəxslər saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən AzVision.az - a verilən məlumata görə, oğurluq hadisəsi Xəzər rayonunda qeydə alınıb. Belə ki, oktyabrın 3-də Bakı şəhər sakini Mülkidar Nəzərovun Binə qəsəbəsində yeni inşa olan evində kirayədə yaşayan Bakı şəhər sakinləri - 1989-cu il təvəllüdlü Həsən Xəlilov və 1994-cü il təvəllüdlü Rüfət Məcidov oradan 4 ədəd elektrik mişarı və 200 metr elektrik naqili oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.

Onlar Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıblar.


Teqlər:



Xəbər lenti