Dəhşətli statistika: 9 ayda 171 ölü

Dəhşətli statistika: 9 ayda 171 ölü
  12 Oktyabr 2015    Oxunub:2107
Bakı şəhərində bu il yanvarın 1-dən oktyabrın 3-nə kimi 610 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən AzVision.az - a verilən məlumata görə, nəticədə 171 nəfər ölüb, 672 nəfər xəsarət alıb.

Məlumata görə, göstərilən dövr ərzində 13698 sürücü avtomobili sərxoş idarə etdiyi üçün məsuliyyətə cəlb olunub. Bundan əlavə, qəza şəraiti yaradan 3467, polisin qanuni tələbinə tabe olmayan 2953, ötmə manevr qaydalarını pozan 7033, yol ayrıcı qaydalarını pozan 143993, avtoxuliqanlıqla məşğul olan 588 şəxs məsuliyyətə cəlb olunub.

9 ay ərzində 234175 yol hərəkəti qaydalarının pozuntusu aşkar olunub, 86171 piyada yol hərəkəti qaydalarına əməl etmədiyi üçün cərimələnib


Teqlər:



Xəbər lenti