Hitlerin cəsədi İsraildə saxlanılır? – İDDİA

Hitlerin cəsədi İsraildə saxlanılır? – İDDİA
  12 Oktyabr 2015    Oxunub:5114
Tarixdən hamımıza öyrədildiyinə görə, Almaniyada Reyxstaqın binasını nasistlər özləri yandıraraq, kommunistlərin üzərinə atıblar. Amma tarixçi A.P.Teylorun dediyinə görə, həqiqətdə yanğını Marinus Van Der Lubbe adlı bir sosilaist törədib. O, sonradan bunu nazismə etiraz olaraq etdiyini boynuna almışdı. Lakin məhkəmə onu günahkar saydı, nəticədə başı baltalanaraq, edam olundu.

Adolf Hitlerin ölümü ilə bağlı da xeyli siyasi mif var. Hamımızın bildiyi kimi, 1945-ci ildə savaşın son günlərində Adolf Hitlerin özünə qəsd etdiyi deyilir, ancaq onun cəsədi aşkarlanmayıb. O zaman belə bir sual yaranır: Hitlerin cəsədi hara yoxa çıxıb?

İrəli sürülən versiyalardan biri də budur ki, II Dünya Müharibəsinin bitməsinin sonuna yaxın günlərdə nasistlər içərisində xüsusi təşkilatlanmış yəhudilər “gizli missiya” adı altında Adolf Hitleri qaçırda biliblər. Əvvəlcə məqsəd rus qoşunlarının Berlinə girməsinə qədər Adolf Hitleri canlı olaraq qaçırmaq olub, lakin bu, alınmayıb. Ona görə də, Hitlerin cəsədini aparmaq qərarına gəliblər. Bu işlərin görüldüyü əsnada isə Hitlerin cəsədinin yandırıldığı haqqında şayiə buraxılıb.

Cəsədin qaçırılması Bolqarıstan-Türkiyə istiqamətində reallaşdırılıb. Türkiyənin Ədirnə şəhərinə gələn və özlərilə Adolf Hitlerin cəsədini gətirən qrup əvvəlcədən təyin olunmuş evdə toplaşaraq, cəsədi mumiyalamağa başlayıblar.

Bir müddət sonra isə Balkanlardan qaçan 10.000 nəfər yəhudiyə qoşulan qrup Ədirnə-İstanbul istiqamətində Türkiyəni tərk edərək, Fələstinə yola düşüblər.

Türk mənbələrində belə məlumat var ki, xəbərin kənara sızmaması üçün həmin evi orada yaşayan ailə ilə birlikdə diri-diri yandırıblar. Yanğının baş verdiyi məkanda “SS” zabitlərinə aid sübutlar qoyularaq, hadisənin onlar tərəfindən törədiliyi təəsürratı formalaşdırılıb.

Amma niyə yəhudilər Hitlerin cəsədini mumiyalayıb saxalayırlar? Bir gün böyük İsrail dövləti qurulanda “Süleyman Məbədi” muzeyində Adolf Hitlerin mumiyalanmış cəsədini “İsraili quran adam” kimi nümayiş etdirmək üçün. Tarixçi Richard Şenkman öz araşdırmalarında Adolf Hitler haqqında “Yəhudilərin tarixini yenidən yazan adam” adlandırır. Maraqlıdır ki, dünyaca məşhur bir çox tanınmış tədqiqatçılar da bunu təsdiqləyirlər.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti