Atəşkəs 4 istiqamətdə pozulub

Atəşkəs 4 istiqamətdə pozulub
  19 İyun 2013    Oxunub:1029
Erməni silahlı bölmələri dünən və bu gecə atəşkəsi pozublar.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Müdafiə nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmçinin erməni hərbi birləşmələri Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti