9 ayda 124 bədbəxt hadisə
Cari il yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”, aprel və sentyabr aylarında “Təhlükəsiz iş aylığı” keçirilərək, bu tədbirlər çərçivəsində işəgötürənlərin əməyin mühafizəsinə diqqətinin və sosial məsuliyyətinin artırılması, onların maarifləndirilməsi istiqamətində davamlı işlər aparılıb.
Qeyd olunan tədbirlər ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının cari ilin 9 ayında da azalmasına imkan yaradıb. Hesabat dövründə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 30 faiz azalaraq 112-yə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 92 faiz azalaraq 2-yə enib. Bu hadisələr nəticəsində xəsarət alanların sayında isə 35 faiz azalma qeydə alınıb. İstehsalat qəzalarının əsasən tikinti, emal, energetika, mədənçıxarma, nəqliyyat və s. sahələrdə baş verdiyi müəyyən olunub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


