Korrupsiyaya qarşı mübarizədə uğurlu əməkdaşlıq
Tədbirdə çıxış edən K.Əliyev ölkəmizdə Azərbaycan Respubliasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qabaqlayıcı və cinayət təqibi, habelə bu istiqamətdə görülmüş qanunvericilik və institusional tədbirlər barədə ətraflı məlumat verib.
Çıxışda korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurumlar olan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının, bu sahədə cinayət təqibi orqanı funksiyasını yerinə yetirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarə Baş İdarəsinin və preventiv tədbirlər sahəsində ASAN xidmət mərkəzlərinin səmərəli fəaliyyəti xüsusi vurğulanıb.
Eyni zamanda OECD-nin III dəyərləndirmə raundu çərçivəsində verilmiş tövsiyələrin icra vəziyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Azərbaycan Respublikası üzrə hesabat dinlənildikdən sonra çıxışlar zamanı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində keçirilmiş tədbirlər yüksək qiymətləndirilib, xüsusən də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin uğurlu fəaliyyəti təqdirəlayiq hesab edilmiş və Baş İdarə OECD tərəfindən hazırlanmış dünya üzrə qabaqcıl antikorrupsiya qurumlarının siyahısına daxil edilibr. ASAN xidmət mərkəzlərinin fəaliyyəti OECD-yə daxil olan ölkələrdə tətbiq edilmiş ən uğurlu qabaqlayıcı tədbir kimi qiymətləndirilməklə bu modelin digər ölkələrdə artıq tətbiqinə başlanıldığı vurğulanıb.
K.Əliyev cari ilin 12-17 sentyabr tarixlərində İsveçrənin Sürix şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosasiyasının 20-ci illik iclası zamanı korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən prokurorlar üçün xüsusi antikorrupsiya saytının yaradılmasını və bu işin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmasını tədbir iştirakçılarının nəzərinə çatdırmaqla, OECD-nin Antikorrupsiya Şəbəkəsini həmin saytın aparılması ilə bağlı fəal əməkdaşlığa dəvət edib.
Tədbir çərçivəsində qurumun növbəti IV raund dəyərləndirmə prosedurları müzakirə edilmiş, habelə 2016-2019-cu illər üçün iş planı ilə bağlı Azərbaycan Respublikası tərəfindən verilmiş təkliflər nəzərə alınıb.
Qurumun Antikorrupsiya Şəbəkəsinin növbəti yüksək səviyyəli görüşünün 2016-cı ilin fevral ayında keçirilməsi barədə qərar qəbul edilib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


