İran Nüvə Proqramından əl çəkir

İran Nüvə Proqramından əl çəkir
  19 İyun 2013    Oxunub:1449
Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə məsələsi ilə bağlı diqqət çəkən açıqlamalar verib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın uranı 20 faiz saflaşdırması işlərinə son qoymağa hazır olduğunu bildirib.

Lavrov, Küveyt xəbər agentliyinə verdiyi müsahibəsində Qərb ölkələrini İrana qarşı tətbiq etdikləri sanksiyaları yumşaltmağa çağırıb.

Rusiya xarici siyasət idarəsinin rəhbəri, İranın nüvə proqramı ilə əlaqədar olaraq “uzun illərdən bəri ilk dəfə ümidverici siqnallar aldıqlarını deyib”.

Lavrov, İranın uranı hazırkindən daha çox saflaşdırmayacağı ilə bağlı qərarının onun gələcəkdə nüvə silahı hazırlayacağı ilə bağlı narahatlıqları aradan qaldıra biləcəyini qeyd edib.

Bu baxımdan Lavrov Qərbi “fürsəti əldən verməməyə” çağırıb.

Qeyd edək ki, İranın yeni seçilmiş prezidenti Həsən Ruhani nüvə proqramından əl çəkməyəcəklərini, ancaq daha şəffaf ola biləcəklərini bildirib.

Ağ ev isə BMT-nin qərarlarını yerinə yetirəcəyi təqdirdə Ruhani ilə işləməyə hazır olduğunu bəyan edib.

İsrailin baş naziri Benyamin Netanyahu isə ölkəsinin İranın nüvə proqramından tamamilə əl çəkməsindən başqa bir seçimi qəbul etməyəcəyini deyib. Netanyahu,”Ruhaninin üzdə beynəlxalq ictimaiyyətin başını qatıb, gizlində isə nüvə proqramını davam etdirməsini qəbul etməyəcəklərini bildirib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti