Britaniya kəşfiyyatı Medvedyevi dinləyirmiş

Britaniya kəşfiyyatı Medvedyevi dinləyirmiş
  19 İyun 2013    Oxunub:2359
Britaniya kəşfiyyatı dörd il əvvəl ABŞ Milli Təhlükəsizlik Agentliyinin xahişi ilə Rusiya prezidentinin telefonunu dinləyib.
Britaniyanın xüsusi xidmət orqanları 2009-cu ilin aprelində Londonda keçirilən `Böyük iyirmilər`in sammitinin iştirakçılarının və həmin ilin sentyabrında maliyyə nazirlərinin danışıqlarını dinləmişdir.

Britaniyanın `The Guardian` qəzetinin dərc etdiyi məxfi sənədlərdən məlum olub ki, o zamankı Rusiya prezidenti Dmitri Medvedyev də “zərər çəkənlər” arasında olub.

Qəzet bu barədə məlumatı keçmiş MTİ əməkdaşı Edvard Snoudendən alıb. Snoden bildirib ki, Amerika xüsusi xidmət orqanları ən böyük Amerika IT-şirkətləri olan Google, Microsoft, Apple istifadəçilərinin şəxsi məlumatlarına daxil ola bilir.

Sənəddə göstərilib ki, Böyük iyirmilərin tədbirində ABŞ Milli Təhlükəsizlik Agentliyi ilə (MTA) əməkdaşlıq edən Britaniyanın dövlət kommunikasiya agentliyi (The Government Communications Headquarters, GCHQ) casusluq edib. The Guardian-ın məlumatına görə, həmin ərəfədə əməliyyatı keçirilməsi üçün Böyük Britaniyanın baş naziri Qordon Braun səlahiyyət vermişdi.

Əməliyyat çərçivəsində Britaniya kəşfiyyatçıları sammit müddətində fəaliyyət göstərən internet-kafelərdə istifadəçilər tərəfindən düymələrin sıxılmasını izləyən xüsusi proqram təminatı quraşdırırlar. Kəşfiyyatçılar həmçinin sammit nümayəndələrinin istifadə etdikləri qoruyucuya malik “Blackberry” telefonlarına giriş əldə edirlər. Bu yolla onların danışıqlarını və elektron poçt əməliyyatlarını izləmək mümkün olub.

`The Guardian` əməliyyat nəticəsində məhz kimin zərər çəkdiyini bildirməyib. Sənəddə göstərilir ki, Britaniya kəşfiyyatı həmçinin CAR və Türkiyə kimi müttəfiq dövlətlərin nümayəndə heyətlərinin danışıqlarını da dinləyib.

MTA Böyük iyirmilərin sammitində həmin vaxt prezident olan Dmitri Medvedyevin başçılığı ilə Rusiya nümayəndə heyəti üzvlərinin Moskva ilə danışıqlarını peyk telefonu ilə dinləməyə çalışıb. Bu cəhdin uğurla nəticələndiyi məlum deyil.

Bütovlükdə əməliyyatın nəticəsinə əsasən sənədlər “inqilabçı” kimi qiymətləndirilir. Kəşfiyyat nəticəsində əldə edilmiş məlumatlar Britaniya hökumətinə operativ göndərilirdi. Nəticədə o partnyorları ilə danışıqlarda üstünlüyü ələ ala bilirdi.

Böyük Britaniyanın Moskvadakı səfirliyində London sammitdə dinləmə haqqında informasiyanı şərh etməkdən imtina ediblər. “Biz kəşfiyyatla bağlı heç bir məsələni şərh etmirik”- diplomatik nümayəndəlik “İnterfaksa” bildirib.

Rusiya Federasiyasının Federal mühafizə xidməti öz növbəsində bildirib ki, Rusiya rəhbərliyinin danışıqlarının məxfiliyini lazımi qaydada təmin edəcək.

Qalmaqallı məlumatların nəşri yüksək səviyyədə görüşlərin təşkilatçısı kimi Böyük Britaniyanın imicinə xələl gətirə bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti