DSMF-nin şöbə müdiri cərimələndi - 1000 manat

DSMF-nin şöbə müdiri cərimələndi - 1000 manat
  13 Oktyabr 2015    Oxunub:3396
Azərbaycanda vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib.
AzVision.az “Report”-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Nəsimi rayon şöbəsinin müdiri Əsgər Əsgərovu 1000 manat məbləğində cərimələyib.

O, İnzibati Xətalar Məcəlləsinin (İXM) 313-1.1-ci (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə cəzalandırılıb.

Ə.Əsgərov Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, keçmiş prokurorluq işçisi olan Ramiz Cəfərovun pensiyasının düzgün hesablanmamaması barədə iddia qaldırıb. O, DSMF-nin şöbə müdiri Əsgər Əsgərovu məhkəməyə verib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə əsasən fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.


Teqlər:  





Xəbər lenti