`Daxili borclarımız artır...`

`Daxili borclarımız artır...`
  13 Oktyabr 2015    Oxunub:2320
“Azərbaycanda özəl sektorun borcu hesablanacaq”.
AzVision.az xəbər verir ki, bunu İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib. Komitə sədri bildirib ki, Azərbaycanın həm dövlət, həm də özəl sektorunun borcunu- hesablamalı, onun statistikasını aparmalıyıq.

“Bu statistikanın aparılması özəl müəssiələr üçün də önəmlidir. Reytinq alınması məsələsinə məhz özəl müəssiələrin borcunun qaytarılmaması halları da təsir edir. Borclanma ilə əlaqədar Mərkəzi Bankın hüquqları artırılacaq”.

Z.Səmədzadə qeyd edib ki, həm daxili, həm də xarici borclanma aşağı səviyyədədir. Ona görə də daxili borclanmaya gedirik.

“Daxili borclanamaya getməklə iqtisadiyyyatın müstəqillyini təmin etmişik”.-deyə komitə sədri vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti