Azərbaycanlı Amerikada hüquq məsləhətçisi təyin olundu

Azərbaycanlı Amerikada hüquq məsləhətçisi təyin olundu
  13 Oktyabr 2015    Oxunub:6388
Həmvətənimiz Fuad Zərbiyev Curtis Mallet-Prevost Colt & Mosle şirkəti tərəfindən Nyu Yorkda hüquqi məsələləri üzrə məsləhətçi təyin olunub.
Zərbiyev Curtis şirkətilə 2011-ci ildən əməkdaşlıq edir. Fuad Zərbiyev, ConocoPhillips şirkətin tərəfindən irəli sürülən `iki hakimin işdən çıxarılması işi` ilə əlaqədar Venesuella tərəfini təmsil edən komandanın üzvü olub.

Zərbiyev öz işinə oktyabrın 5-dən başlayıb.

Bununla yanaşı, o, Venesuellanı `ExxonMobil` şirkəti, Hindistanı isə `Devas` peyk şirkəti tərəfindən irəli sürülən iddialara qarşı müdafiə edir.

Zərbiyevin sözlərinə görə, o əldə etdiyi təcrübələri `özü üçün bənzərsiz hüquq məktəbi` adıandırdığı Curtis şirkətinin rəhbəri Corc Kahaleyə borcludur.

`Savadlı hüquqşünaslardan ibarət komandada böyük və maraqlı mövzular üzərində işləmək, eləcə də beynəlxalq hüquq sahəsində keçirilən təlimlərdən öyrəndiklərim mənim üçün böyük bir üstünlük və şans deməkdir.`

Zərbiyev, vəkillik sahəsində mükəmməlik prinsipini dəstəkləyən şirkətin bir hissəsi olmaqdan məmnunluğunu ifadə edib. Curtis şirkətinə qoşulmazdan əvvəl Zərbiyev, Cenevrədəki Graduate Beynəlxalq Araşdırmalar İnstitutunda və Nyu York Hüquq Universitetində əsas elmi işçi olub. Graduate Universitetində oxuduğu illərdə San Yuan çayı ilə bağlı Beynəlxalq Ədalət məhkəməsi qarşısında Nikaraqua əleyhinə Kosta Rika hökümətini müdafiə edib.

Curtis şirkətinin rəhbəri Kahale həmvətənimiz haqqında deyib: “Fuad Zərbiyev beynəlxalq hüquq sahəsində dərin bilik və intellektə, eləcə də, nadir hallarda rastlaşdığımız qeyri-adi iş etikasına malikdir”.

Zərbiyevin beynəlxalq hüquq məsələləri ilə bağlı bir neçə əsəri çap olunub. O, Beynəlxalq hüquqda məhkəmə fəallığı mövzusunda `Beynəlxalq Mübahisələrin Həlli Juranlı`nda çap olunmuş məqaləyə görə `James Crawford` mükafatı ilə təltif olunub. Bu ilin əvvəlində Oxford University nəşriyyatında çap olunan və beynəlxalq hüququn tovsifindən bəhs edən `A Genealogy of Textualism in Treaty Interpretation` kitabının müəlliflərindən biridir.

Fuad Zərbiyev Bakı Dövlət Universitetinin bakalavr, Harvard Hüquq Məktəbinin magistr dərəcələrini almış, eləcə də, Graduate Universitetinin Beynəlxalq Hüquq üzrə doktorluq dərəcəsini və Beynəlxalq Hüquq üzrə Haaqa Akademiyasının diplomuna layiq görülmüşdür. Azərbaycan, ingilis və fransız dillərini mükəmməl bilir.


Türkan Məmmədli
AzVision.az


Teqlər:  





Xəbər lenti