Milli Məclisin son iclasının vaxtı dəyişdi

Milli Məclisin son iclasının vaxtı dəyişdi
  13 Oktyabr 2015    Oxunub:1739
Azərbaycan Milli Məclisinin (MM) IV çağırışda son plenar iclasının tarixi dəyişdirilib.
AzVision.az xəbər verir ki, MM-dən APA-ya verilən məlumata görə, iclas oktyabrın 23-dən 20-nə keçirilib. Bildirilib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizəd olan millət vəkillərinə seçki gününə hazırlığa daha çox vaxt vermək üçün iclasın vaxtı 3 gün əvvələ çəkilib.

İclasın gündəliyində hazırda 25 məsələ nəzərdə tutulsa da, əlavə bir neçə layihənin də gündəliyə salınması gözlənilir. Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış üzrə seçkilər keçiriləcək.


Teqlər:  



Xəbər lenti