Milli Məclisdə İƏT-in iclası keçirilir

 Milli Məclisdə İƏT-in iclası keçirilir
  19 İyun 2013    Oxunub:1208
Bu gün Azərbaycan Milli Məclisində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) İcraiyyə Komitəsinin 30-cu iclası öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, 14 müsəlman ölkəsindən deputatlar, eləcə də müsəlman ölkələrinin Azərbaycandakı səfirləri iştirak edir.

İclas Qurani-Kərimdən ayələr oxunmaqla açılıb. Azərbaycan tərəfdən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun və Azərbaycanın İƏTPİ-də nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyevanın qatıldığı iclasın gündəliyinə 11 məsələ daxil edilib.

İki gün davam edəcək iclasda İƏT Pİ-nin baş katibinin hesabatı dinləniləcək. Müzakirələr İslam ölkələri arasında siyasi və iqtisadi əlaqələri, biznes sahəsində əməkdaşlığı, ətraf mühit, insan hüquqları, ailə və qadın məsələlərini əhatə edəcək. İclasın sonunda birgə bəyannamənin imzalanması gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti