NATO-nun ekspert qrupu Bakıdadır

NATO-nun ekspert qrupu Bakıdadır
  14 Oktyabr 2015    Oxunub:1594
Bakıda NATO-nun ekspert qrupu tərəfindən “Standartlaşdırma və uzlaşma” seminarı keçirilir.
AzVision.az-ın məlumatına görə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, oktyabrın 13-dən Bakı şəhərində NATO-nun Standartlaşdırma ofisinin ekspert qrupu tərəfindən “Standartlaşdırma və uzlaşma” seminarı keçirilir.

İkigünlük seminar çərçivəsində NATO-nun Standartlaşdırma ofisinin direktoru general-mayor Edvadas Majeikasın (Litva) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrində aparılan standartlaşdırma fəaliyyəti ilə tanış olacaq, NATO-da həyata keçirilən standartlaşdırma və uzlaşma siyasəti barədə məlumat verəcək, o cümlədən mövcud əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.


Teqlər:



Xəbər lenti