Seçki bülletenlərinin çapına başlandı
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanılacaq.
Seçki bülletenlərinin çapına deputatlığa namizədlərin birmənalı müəyyənləşdiyi (şikayətlərə baxılma prosesinin başa çatdığı) dairələr üzrə başlanılıb. Seçki Məcəlləsinə uyğun olaraq, seçki dairələri üzrə deputatlığa namizədlərin dəqiqləşməsinə uyğun olaraq, seçki bülletenlərinin çapı prosesi seçki gününə 10 gün qalmış, yəni oktyabrın 22-də yekunlaşdırılacaq.