DSMF-yə müraciətlərin sayı azalıb
Bu sahədəki fəaliyyətin gücləndirilməsi məqsədilə bu ilin 9 ayı ərzində çoxsaylı mərkəzi və regional təqdimatlar təşkil olunub. Bununla yanaşı, “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda KİV arasında müsabiqə keçirilib. Həmçinin elektron xidmətlər mövzusunda xüsusi reklam çarxı hazırlanaraq televiziya kanallarında yayımlanıb. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə fondun bütün yerli orqanlarında yardım masaları fəaliyyət göstərir. Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə - fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə həyata keçirilir.
Son təkmilləşdirilmə tədbirləri nəticəsində fondun Çağrı Mərkəzinin fəaliyyəti “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili qaydaları”nın tələblərinə uyğunlaşdırılıb və Çağrı Mərkəzi aprel ayından xüsusi avadanlıqla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir əsaslı yeni xidmət zalında fəaliyyət göstərir. Çoxkanallı avadanlıqlarla təchiz olunmuş Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən birbaşa əlaqə saxlamaq mümkündür.
DSMF-nin Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


