Həftəsonuna kimi hava necə olacaq?

Həftəsonuna kimi hava necə olacaq?
  14 Oktyabr 2015    Oxunub:2167
Sabah Azərbaycanda yağışlı hava davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az - a verilən məlumata görə, oktyabrın 15-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 16-19 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 14-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Qeyd edək ki, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 17-dək davam edəcək.


Teqlər:  



Xəbər lenti