QMİ Həcdə ölən zəvvarların ailəsinə pul verdi

QMİ Həcdə ölən zəvvarların ailəsinə pul verdi
  14 Oktyabr 2015    Oxunub:2116
Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti zamanı vəfat etmiş azərbaycanlı zəvvarların ailələrinin hər birinə 6 min manat məbləğində kompensasiya ödəyib.

AzVision.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

"Kompensasiya QMİ ilə zəvvar arasında bağlanmış müqavilədə nəzərdə tutulan qaydada ödənilib", - R.Dadaşova bildirib.

Xatırladaq ki, Həcc ziyarəti zamanı üç nəfər azərbaycanlı zəvvar - 60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 79 yaşlı Əzizağa Şirinov dünyasını dəyişib.


Teqlər:  



Xəbər lenti