Hökumətə 6 gün vaxt verildi
AzVision.az -ın məlumatına görə, Milli Məclis səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verilib.
Spiker Oqtay Əsədov deyib ki, deputatların əksəriyyəti seçki kampaniyasında iştirak etdiyindən əvvəlki illərdən fərqli olaraq hökumətə 10 gün yox, 6 gün vaxt veriləcək: “İnanırıq ki, hökumət oktyabrın 20-nə kimi burada qaldırılan məsələlərə baxa biləcək və oktyabrın 20-də büdcə layihəsi səsverməyə çıxarılacaq”.
Qeyd edək ki, büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam etdirilir.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


