`Bəzi QHT-lər qanunun tələblərini pozur` - Azər Qasımov

`Bəzi QHT-lər qanunun tələblərini pozur` - Azər Qasımov
  14 Oktyabr 2015    Oxunub:1756
"Azərbaycanda bütün QHT-lər sərbəst fəaliyyət göstərir".

AzVision.az xəbər verir ki, bunu BBC-yə açıqlamasında Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov deyib. A. Qasımov bildirib ki, Milli QHT Forumu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq həyata keçirir.

"Bildiyiniz kimi, QHT-lərin əsas rolu vətəndaş cəmiyyətinin fəaliyyətini konsolidasiya etməkdən eləcə də korrupsiya ilə qarşı mübarizəyə öz töhfəsini verməkdən ibarətdir. Əfsuslar olsun ki, Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları mütəmadi olaraq qanunun tələblərini pozur, QHT yaradan şəxslərin özləri isə çox vaxt şəxsi varlanma məqsədi güdür və digər qanuna zidd hərəkətlər edirlər ki, bunu da vətəndaş cəmiyyətində pozuculuq fəaliyyəti kimi qiymətləndirmək olar.

Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzim edən qanunvericilikdə çoxlu boşluq var idi. Bunlar da öz növbəsində bəzi QHT-lər tərəfindən yuxarıda sadaladığım qanun pozuntularının törədilməsi üçün münbit şərait yaradırdı. Bunları nəzərə alaraq, bu yaxınlarda QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edildi. Əsas məqsəd QHT-lərin fəaliyyətində şəffaflığın tam təmin olunmasından ibarətdir. Qeyd etmək istəyirəm ki, bu istiqamətində aparılan işlərin siyasi proseslərlə heç bir əlaqəsi yoxdur və QHT-lərin fəaliyyətində şəffaflığın təmin edilməsi ideyası elə mədən sənayesində şəffaflıq təşəbbüsünün ideyası ilə də üst-üstə düşür", - deyə A. Qasımov qeyd edib.


Teqlər:  





Xəbər lenti