Mübariz Qurbanlı səfirlə görüşdü

Mübariz Qurbanlı səfirlə görüşdü
  14 Oktyabr 2015    Oxunub:1415
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 14-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimi qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı həcc ziyarəti zamanı Mina dağında baş vermiş faciə nəticəsində çox sayda zəvvarın həlak olması ilə əlaqədar səfirə başsağlığı verib. Daha sonra Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyi və digər sahələrdə olduğu kimi din sahəsində də əlaqələrin genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Musaid bin İbrahim bin Abdullah Əl-Səlim Mina dağındakı faciə ilə bağlı göstərdikləri diqqətə və başsağlığına görə Səudiyyə Ərəbistanı Krallığının adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkür edib. Bildirilib ki, bu həm də iki qardaş və dost dövlətin biri-birinə dəstəyinin ifadəsidir.


Teqlər:





Xəbər lenti