`Əlillər massivindən torpaq almağınız yadınızdadır?!` - Gültəkin Hacıbəyliyə ittiham

`Əlillər massivindən torpaq almağınız yadınızdadır?!` - Gültəkin Hacıbəyliyə ittiham
  15 Oktyabr 2015    Oxunub:3846
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəylin qarşıdan gələn parlament seçkilərini “xalqımızın məzhəkəsi” adlandırıb və seçkidə iştirak edən şəxslərin seçkini legitimləşdirmək üçün prosesə qatıldığını bildirib.

Keçmiş depuatat Gültəkin Hacıbəylinin ittihamlarına cavab verən BAXCP sədrinin müavini, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd olan Niyaməddin Orduxanlı bildirib ki, bu ittihamların heç bir əsası ola bilməz: “Gültəkin Hacıbəyli nağıl danışır. Hansı imitasiyadan söhbət gedir ki, müxalifət partiyalarının nümayəndələrinin hər biri deputat seçilmək üçün mübarizə aparırlar? Rəqabət aparacaq şəxslərin arasında radikal müxalifətin nümayəndələri İsa Qəmbər, Pənah Hüseyn və başqalarının adları var. Bu adamların hər biri deputat olmaq üçün çalışırlar”.

Niyaməddin Orduxanlı Gültəkin Hacıbəyli ilə bağlı maraqlı bir faktı da acıqlayıb: “Gültəkin Hacıbəylinin həyatında baş vermiş hadisəni xatırlatmaq istəyirəm. Gültəkin xanım, yadınıza düşür, 2008-ci ildə Mehdiabad bələdiyyəsi? Həmin illərdə mən Mehdiabad bələdiyyəsinin sədr müavini olmuşam. Bilirəm ki, yadınızdan çıxmayıb bələdiyyə gəlib, iki ailə üzvünüz olduğu halda, 12 sot torpaq götürməyiniz. “Əlillər” massivindən aldığınız torpağı xatırladınız? Uca səslə deyridiniz ki, “Mən millət vəkiliyəm, İlham Əliyevin prezident seçkilərində vəkili olmuşam! Bu gün müdafiə etdiyiniz Xədicə İsmayılı, Leyla Yunusu, İntiqam Əliyevi, Tofiq Yaqublunu, Əli Kərimlini və Cəmil Həsənlini necə ittiham edirdiniz?! Bu adamları “xalq düşməni” adlandırdınız... Deyə bilərsinizmi, o zaman daha səmimi idiniz, yoxsa indi?! Bu hadisənin canlı şahidləri də var”.

Orduxanlı deyib ki, Gültəkin Hacıbəyli hakimiyyətdən qovulandan sonra “zorla müxalifət” olanlardandır: “Necə ki, Əli Kərimli, Cəmil Həsənli olublar. Bu adamlar hakmiyyətdən uzaqlaşdırıldıqdan sonra dönüb olublar “müxalifət”. Ona görə də, belə şəxslərin ittihamları cəmiyyət tərəfindən ciddi qəbul oluna bilməz”.


Teqlər:





Xəbər lenti