Dövlət Nuriyyə Əhmədovanın yasına pul ayırdı

Dövlət Nuriyyə Əhmədovanın yasına pul ayırdı
  15 Oktyabr 2015    Oxunub:3224
Mədəniyyət və Turizm Nazirliyi dünyasını dəyişən Xalq artisti Nuriyyə Əhmədovanın yas mərasiminin keçirilməsi üçün pul ayırıb.
Bu barədə AzVision.az-a nazirliyin İnformasiya və ictimayətlə əlaqələr şöbəsinin sektor müdiri İntiqam Hümbətov məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, nazir Əbülfəs Qarayev bu barədə tapşırıq verib.

“Nazir Əbülfəs Qarayevin xüsusi tapşırığı ilə Azərbaycan Film Kinostudiyasının rəhbərliyi yaxın müddətdə mərhumun ailəsi və yaxınları ilə görüşəcək. Onlara yas mərasimlərinin keçirilməsi üçün müvafiq maddi yardım göstəriləcək”.

Qeyd edək ki, aktyor Elnur Kərimov Xalq artistinin yası üçün pul tapılmadığını bildirib.

“Aldığım məlumata görə, xalq artisti Nuriyyə Əhmədovanın yas mərasimini keçirmək üçün ailə üzvləri pul tapmır. Çox acınacaqlı vəziyyət yaranıb. Axı yas mərasiminə lazım olacaq məbləğ o qədər də çox deyil. Allah kömək olsun. İnşallah, yardım edən tapılar”.


Teqlər:



Xəbər lenti