Bakıda orta məktəbdə kütləvi dava

Bakıda orta məktəbdə kütləvi dava
  15 Oktyabr 2015    Oxunub:1675
Bakı şəhəri, Səbail rayonu 160 saylı Klassik Gimnaziyasında 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verib.
AzVision.az xəbər verir ki, bu barədə “Report”a Səbail Rayonu Polis İdarəsindən bildirilib. Hadisə nəticəsində gimnaziyanın 10-cu sinif şagirdi, 16 yaşlı Fərhad İlham oğlu Qasımov döyülüb. Onun burnu sındırılıb. F.Qasımov xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 160 saylı Klassik Gimnaziya Təhsil Nazirliyinin 2013-cü ildə açıqladığı 2012-2013-cü il buraxılış imtahanlarının nəticələrinə görə orta məktəblərin reytinq siyahısında ikinci olub.


Teqlər:  



Xəbər lenti