Ağır yol qəzası: 9 nəfər xəsarət alıb

Ağır yol qəzası:  9 nəfər xəsarət alıb
  19 İyun 2013    Oxunub:1092
Bu gün günorta saatlarında Şabran rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.
Hadisə Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Hyundai” markalı sərnişin avtobusu ilə “Daewoo” markalı yük maşını toqquşub.

Qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(apa)


Teqlər:





Xəbər lenti