Mərkəzi Bankın nizamnamə kapitalı artırılır- 500 milyon

Mərkəzi Bankın nizamnamə kapitalı artırılır- 500 milyon
  15 Oktyabr 2015    Oxunub:2504
Azərbaycan Mərkəzi Bankının nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata artırılır.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunun 10.2-ci maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır” cümləsində “10 milyon” sözü “500 milyon” sözü ilə əvəz edilir.

Layihə Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.(apa)


Teqlər:  





Xəbər lenti