MTRŞ aparıcıları qarabaqara izləyir

MTRŞ aparıcıları qarabaqara izləyir
  16 Oktyabr 2015    Oxunub:2340
“Televiziya və radio yayımı haqqında” qanunun tələbləri çərçivəsində aparıcıların efirdə davranışına nəzarət edirik. Efir mədəniyyəti, aparıcılıq səviyyəsi aşağı olan aparıcılarla bağlı qərar qəbul ediləcək”.
AzVision.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, Şura aparıcıların efirdə davranışını diqqətlə izləyir.

Təvəkkül Dadaşov qeyd edib ki, bütün hallarda yayımçıların bu məsələdə özləri maraqlı olmalıdır: “Aparıcılar kanalların sifətidir. Onlar telekanalların nüfuzunu artıra və ya azalda bilər. Telekanal rəhbərliyi bu məsələdə daha diqqətli olmalıdır və bu telekanalları daha çox maraqlandırmalıdır”-deyə o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti