Mədəni irs nümunələrimiz pasportlaşdırılır

Mədəni irs nümunələrimiz pasportlaşdırılır
  19 İyun 2013    Oxunub:1334
Azərbaycandakı 7 minə yaxın mədəni irs nümunələrinin 20-25 faizə yaxını pasportlaşdırılıb.
“Azərbaycanda abidələrin pasportlaşdırılması ilə bağlı müvafiq tədbirlər görülür, ancaq deməzdim ki, bu istiqamətdəki işlər çox sürətlə gedir”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O xatırladıb ki, Azərbaycanda təxminən 7 minə qədər mədəni irs nümunələri mövcuddur və hazırda bunun 20-25 faizə yaxını pasportlaşdırılıb:

“Abidələrin pasportlaşdırılması uzunmüddətli prosesdir. Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərindəki mədəni irs nümunələrimiz də siyahıdadır. Torpaqlarımz geri qaytarılandan sonra onların aqibəti bəlli olacaq”.



Teqlər:  





Xəbər lenti