Bahar Muradova seçiciləri ilə görüşüb
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə açıq elan edilib.
Daha sonra çıxış edən YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova deputatlığa namizədin həyat və fəaliyyəti haqqında geniş məlumat verib.
YAP-nın deputatlığa namizədi Bahar Muradovanın vəkilləri seçicilərə təqdim olunduqdan sonra vəkillərin seçicilər qarşısında çıxışları olub.
Çıxış edən vəkillər hər kəsi seçkidə fəal olmağa və YAP-nın namizədlərinə səs verərək onları növbəti 5 ildə də yenidən Ulu Öndər Heydər Əliyev yolunu birlikdə addımlamağa dəvət ediblər.
Füzuli rayonundan olan gənc mütəxəssis Sevinc Abbasova rayonda məcburi köçkünlərin sosial problemlərinin həll olunmasında göstərdiyi dəstək və qayğıya görə Bahar Muradovaya təşəkkürlərini bildirdi.
Füzuli sakini Svetlana Məmmədova isə vitse-spikerin ölkə xaricində beynəlxalq tribunalarda olan çıxışlarını xatırladaraq, bundan fərəh hissi keçirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra iqtisad elmləri namizədi Vüqar Bayramov, Gülnaz Solmazova və Rizvan Qarabağlı partiyanın namizədini yekdilliklə dəstəklədiklərini bəyan edərək məsuliyyətli seçki sınağında müvəffəqiyyətlər arzuladılar.
Daha sonra çıxış edən Bahar Muradova öz seçicilərinə səmimi sözlərə və isti münasibətlərinə görə təşəkkürünü bildirib. Hər kəsi Ulu Öndər Heydər Əliyev ideyalarına, onun qurduğu siyasi xəttə, hazırda bu siyasəti uğurla davam etdirən prezident İlham Əliyev dəstək olmağa və ətrafında sıx birləşməyə dəvət edən Bahar Muradova tezliklə Dağlıq Qarabağ münaqişəsinin də Azərbaycan xalqının mənafeyinə uyğun şəkildə həll olunacağına əminliyini vurğulayıb. Bahar Muradova hər birimizi birləşdirən tək mövqenin vətəndaşlıq mövqeyi olduğunu bildirərək hər kəsi ulu öndərin yolu və izi ilə addımlamağa səslədi.
Sonda xatirə şəkili çəkdirilib.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


