“Azərenerji” işçilərin maaşını niyə vermir?

“Azərenerji” işçilərin maaşını niyə vermir?
  16 Oktyabr 2015    Oxunub:2273
"Azərenerji" ASC-də əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar.
AzVision.az xəbər verir ki, bunu "Report"a "Azərenerji"nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.

Ə.Baxşəliyev işçilərin əməkhaqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib: "Maliyyə çətinliyi tək bizdə deyil, hamıda var. Gələn həftə bütün əməkhaqları tam ödəniləcək".

Qeyd edək ki, "Azərenerji"nin əməkdaşlarının bir hissəsi iyul, digər hissəsi isə avqust ayından etibarən əməkhaqqı almırlar.

AzVision.az


Teqlər:  



Xəbər lenti