Bu yay mülayim keçəcək

Bu yay mülayim keçəcək
  19 İyun 2013    Oxunub:1400
İyul, avqust aylarında temperaturun iqlim normasına yaxın və bəzi günlərdə isə iqlim normasından bir qədər yüksək olacağını gözləyirik.

Bunu AzVision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Yağıntının miqdarına gəlincə, Gülşad Məmmədova yağıntılar iqlim normasından bir qədər aşağı, dağlıq rayonlarda isə leysan yağışlarla əlaqədar olaraq, iqlim normasından bir qədər yüksək olacağını bildirib.

G. Məmmədova deyib ki, bu yayın da o biri yaylardan heç bir fərqi olmayacaq :

“Əvvəlki illərdə də yay ayında isti hava şəraiti müşahidə olunub 1996-cı ildə iyunun 17-də Bakıda havanın temperaturu 40 dərəcə isti olub. Bu yay da o biri yaylar kimi keçəcək. O qədər də isti yay keçməyəcək”.

Nihadə


Teqlər:  





Xəbər lenti